🏠 Ev alarken nelere diqqet etmek lazimdir? 2025 emlak bazarinda vacib meqamlar
Ev almaq ciddi və uzunmüddətli bir investisiyadır. Düzgün seçim etmədikdə maddi və hüquqi problemlərlə qarşılaşmaq mümkündür. Bu yazıda **ev alarken** diqqət yetirilməli ən vacib 7 məqamı sizinlə bölüşürük.
1️⃣ Kupça (çıxarış) varmı? 📑
Ev alarkən ilk sual bu olmalıdır: **kupçası varmı?** Kupçası olmayan ev gələcəkdə sizin adınıza keçməyə bilər.
2️⃣ Evin yeri və infrastruktur 📍
Ev iş yerinizə, məktəbə, metroya yaxındır? Ərazidə market, dayanacaq, uşaq üçün park varmı?
3️⃣ Tikinti şirkəti güvənilidirmi? 🏗️
Yeni tikili ev alırsınızsa, mütləq tikinti şirkətinin əvvəlki layihələrinə baxın. Zəmanət, vaxtında təhvil və keyfiyyət vacibdir.
4️⃣ Qiymət araşdırması 💰
Eyni tip evlər müxtəlif saytlarda fərqli qiymətə satılır. Ən azı 3–4 fərqli platformada müqayisə aparın. Məsələn: **Agento.az**, **Tap.az**, **Lalafo**
5️⃣ Təmirli ev seçimi 🧱
Təmirli ev yazılıbsa, onun keyfiyyətinə baxın. Divarlar, döşəmə, elektrik sistemi düzgün vəziyyətdədir?
6️⃣ İpoteka ilə almaq istəyirsinizsə… 🏦
Bəzi evlər ipoteka ilə alınmır. Bank şərtlərini araşdırın: faiz, ilkin ödəniş, aylıq ödənişlər.
7️⃣ Binanın vəziyyəti və qonşuluq 🏢
Bina təmiz və yenidirmi? Qonşular sakitdir? Lift, qaz, işıq daimidirmi?
✅ Nəticə:
Ev almaq emosional deyil, **araşdırılmış qərar** olmalıdır. Əgər siz də *“ev aliram”* deyirsinizsə, **Agento.az** saytına daxil olub **kupçalı elanlara** baxa bilərsiniz.